20.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialı 20.04.2022-ci il tarixində Xalq şairi, Əməkdar incəsənət xadimi Hüseynov Məmməd Rahim Abbas oğlunun (Məmməd Rahim) anadan olmasının 115 illiyi münasibətilə ” Ürəyimi məşəl kimi qaldırıram göylərə” adlı kitab müzakirəsi keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 9 saylı kitabxana filialının müdir əvəzi Nərgiz Məmmədova tədbiri açıq elan edərək Məmməd Rahimin həyat və yayadıcılığı haqqında geniş danışdı. O, Xalq şairi Məmməd Rahimin seçilmiş əsərləri kitabını iştirakçılara təqdim edərək kitab haqqında məlumat verdi. 9 saylı kitabxana filialının böyük kitabxanaçısı Təranə Həsənova “Biz gedərik, qoca dünya qalandır” adlı çıxış etdi. Gəncə şəhər 37 saylı tam orta məktəbin VIII sinif şagirdlərindən Ələkbərova Nuray “Döyüş günləri”, Əmrahova Günay “Arzu qız”, Əliyeva Afət “Ölməz qəhrəman” , Məmmədova Mehri “Şairin xəyalı”, Musayeva Lalə “ Qırx qız”, Qasımzadə Mehman “Quzu ”, Mərdanov Əl “İldırımın kitabı ”, Mustafayev Nihad “Qarğa və göyərçin”, Əhmədova Xəyalə “Maral və qurbağa” ,Əliyeva Kəmalə “İki qardaş”, Hüseynli Mədinə “Balaca bağbançılar “şeirlərini söylədilər.